13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Azərbaycanda koronavirusdan vəfat edənlər artıb
Tarix: 02-09-2022 16:33 | Bölmə: Cəmiyyət
Azərbaycanda koronavirusdan vəfat edənlər artıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildiriblər ki, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 346 aktiv xəstə var. Bu günə qədər 9 813 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 191, bu günə qədər isə ümumilikdə 7 162 508 test icra olunub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq