Polis əməkdaşı yol qəzasında ölüb
Tarix: 03-09-2022 12:02 | Bölmə: Cəmiyyət
Polis əməkdaşı yol qəzasında ölüb

Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}