13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Lerikdə avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, çoxsaylı yaralı var - Video+Yenilənir
Tarix: 04-09-2022 16:39 | Bölmə: Cəmiyyət
Lerikdə avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, çoxsaylı yaralı var

Lerik rayonunun Günəşli kəndində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Reyting.az
xəbər verir ki, ilkin məlumata görə, nəticədə 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Yaralılar və ölənlər Lerik, Lənkəran və Masallı xəstəxanalarına aparılır.

***

Lerik rayonunda yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Son məlumata görə, qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.


TƏBİB-dən bildirilər ki, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

***

Qəza zamanı həyatını itirən 8 nəfərin adı açıqlanıb:


Xəlilova Dilarə İslam qızı, Həşimova Sərvər Əhməd qızı, Axundova Saray, Ağayeva Təcrübə, Cəfərova Güldəstə, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.







Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}