Müəllimlərin işə qəbulu üçün apellyasiya müsahibələrinin tarixi açıqlanıb
Tarix: 05-09-2022 09:53 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu üçün apellyasiya müsahibələrinin tarixi açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Reyting.az
Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 7-8 sentyabr tarixlərində “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}