Ər arvadını və onun nənəsini bıçaqlayıb, daha sonra isə...
Tarix: 05-09-2022 09:54 | Bölmə: Cəmiyyət
Ər arvadını və onun nənəsini bıçaqlayıb, daha sonra isə...

Kürdəmirin Topalhəsənli kəndində kişi arvadını və onun nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib.

Məlumata görə, Lənkəran rayon sakini, Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində arvadı Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralıların hər üçü "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, çütlük 5 ay əvvəl ailə qurublar/Report

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}