Masallıda yanğın: ana və iki azyaşlı övladı ölüb - Fotolar
Tarix: 07-09-2022 07:44 | Bölmə: Cəmiyyət
Masallıda yanğın: ana və iki azyaşlı övladı ölüb

Masallı rayonunun Hüseynhacılı kəndində yanğın baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Kəlbiyev Alim İbad oğluna məxsus evdə başlayan yanğın nəticəsində ana, 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları – 2012-ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011-ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq ölüblər.

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alanlar 1959-cu il təvəllüdlü Nərminə Kərim qızı Kəlbiyeva və ailəyə qonaq gələn Rusiya vətəndaşı - 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur.

O, ikinci mərtəbədən tullandığından müxtəlif dərəcəli travmalar da alıb.

Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 və Göytəpə Yanğından Mühafizə Hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub.

300 kvadratmetr evin 200 kvadratmetr hissəsi yanıb.

İlkin ehtimala görə, yanğın şamdan baş verib. Belə ki, kənddə işıq söndüyündən şam yandıran ev sakinləri daha sonra onu nəzarətsiz qoyaraq yatıblar.

Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}