14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zəngilana növbəti köç başlayıb
Tarix: 07-09-2022 08:55 | Bölmə: Cəmiyyət
Zəngilana növbəti köç başlayıb

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verilib.

Reyting.az
-ın xəbərinə görə, 12 ailədən (63 nəfər) ibarət növbəti qrup Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndən öz doğma yurd-yuvalarına yola salınıb. Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da köçürüləcək.

30 ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub.

Ağalıda məskunlaşan sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın başlanğıcıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}