Rusiyada sonuncu tənqidi mətbu orqanın fəaliyyəti dayandırılıb
Tarix: 07-09-2022 13:16 | Bölmə: Cəmiyyət
Rusiyada sonuncu tənqidi mətbu orqanın fəaliyyəti dayandırılıb

Sovet İttifaqının dağılmasından dərhal sonra Rusiyada nəşrə başlayan “Novaya qazeta” ötən gün məhkəmənin qərarı ilə bağlanıb. Qeyd edək ki, qəzet son illərdə Kreml administrasiyası və Putinə qarşı çıxması ilə diqqət çəkib.

Reyting.az
-ın məlumatına görə, qəzetin Nobel mükafatlı baş redaktoru Dmitri Muratov məhkəmə qərarını gülünc adlandırıb və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Rusiyada Müşahidə Komitəsi adlanan dövlət orqanı “Novaya qazeta”nı qanunlarda nəzərdə tutulmuş müddətdə nəşrin reqlamentini səlahiyyətli quruma təqdim etməməkdə ittiham edib.

Onu da diqqətə çatdıraq ki, “Novaya qazeta”nın bağlanması ilə Rusiyada hökuməti tənqid edən heç bir yazılı media qalmayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}