12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Nazir: "Buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”
Tarix: 07-09-2022 13:53 | Bölmə: Cəmiyyət
Nazir: "Buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”

Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edib-edə bilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Nazir jurnalistlərə açıqlamasında bunun üçün nazirliyə bəlli büdcə planlanmasının lazım olduğunu deyib.

Hazırda bunun mümkün olmadığına diqqət çəkən E.Əmrullayev bildirib ki, proses dizayn ediləndə könüllü olsaydı, bütün yüksək bal toplamaq istəyən müəllimlər öncə gələcək və digər müəllimlər kölgədə qalacaqdı:

"Ona görə də bu, bəlli bir plan əsasında həyata keçiriləcək. Əvvəl də belə olub. Bildiyiniz kimi diaqnostika imtahanlarını da mərhələli şəkildə etdik. Təbii ki, kriteriya olaraq hansı bölgələrdə, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər