12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Nazir: “Dərs saatını bölmək bir çox hallarda problem yaradır”
Tarix: 07-09-2022 14:45 | Bölmə: Cəmiyyət
Nazir: “Dərs saatını bölmək bir çox hallarda problem yaradır”

Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur. Bəzi müəllimlər bu və ya digər səbəbdən öz dərs saatlarını çox götürmək istəməyə bilərlər. Bu normal prosesdir.

Reyting.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə dərs yükünün diaqnostika balına əsasən bölüşdürülməsinin qanuna uyğun olub-olmadığına aydınlıq gətirərkən deyib.

O ki qaldı iki müəllimin eyni saatı istəməsinə, nazir bildirib ki, bu saatı onlar arasında bölmək bir çox hallarda problem yaradır: “Təbii ki, hər şey eynidirsə, bizim söykənəcəyimiz yeganə ədalətli meyar məhz diaqnostika balıdır. Gələcəkdə sertifikasiya balı əsas götürüləcək. Mən burada ədalətsiz heç bir şey görmürəm. Lakin bu meyar qanunidir deyəndə, ən azından qeyri-qanuni də deyil. Burada kiminsə hüququ pozulmur. Məsələn, 10 saat dərs yükü varsa, hansı müəllimin balı çoxdursa, dərs yükünü ona vermək həm pedaqoji, həm də ədalətlilik baxımından doğrudur. Bununla bağlı başqa bir təklif varsa, biz həmin təkliflərə açığıq”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər