13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Bakıda 46 yaşlı şəxs 66 yaşlı qardaşını qəbiristanlıqda öldürüb
Tarix: 07-09-2022 20:55 | Bölmə: Cəmiyyət
Bakıda 46 yaşlı şəxs 66 yaşlı qardaşını qəbiristanlıqda öldürüb

Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib.

Reyting.az
Sabunçu Rayon Prokurorluğuna istinadla bildirir ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq