12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Daha bir sayt rəhbərinə xəbərdarlıq olunub
Tarix: 08-09-2022 18:49 | Bölmə: Cəmiyyət
Daha bir sayt rəhbərinə xəbərdarlıq olunub

Bəzi din xadimlərinin qanunazidd mülahizələrinin sosial mediada yayılması səbəbindən bir sıra şəxslərə, o cümlədən cəbhə.info xəbər portalının sahibi, eyni adlı MMC-nin təsisçisi və direktoru Becanov Rəfail Zəkəriyyə oğluna “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.

Reyting.az
 xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Azərbaycan cəmiyyətinin dünya ölkələri üçün sərgilədiyi multikulturalizm və tolerantlıq nümunəsi əsirlər boyu müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluğu və sabit ünsiyyəti üzərində qurulmuşdur.

Son dövrlərdə Azərbaycan xalqının tarixi dini ənənələrinə zidd olan sözdə məzhəbarası mübahisələrin çirkin məzmununun sosial şəbəkələrə çıxarılması insanlar arasında təşviş və narahatçılığa səbəb olur. Azərbaycan cəmiyyətinə xas olmayan, ölkəmizdə formalaşmış nikah və ailə dəyərlərinə zidd olan bəzi coğrafi bölgələrin qədim ənənələrinin islam pərdəsi altında insanlara aşılanması cəhdləri müşahidə olunur. Azyaşlı qızların “dini nikah”a zorla daxil edilməsi və onlarla münasibətlərin qurulması Azərbaycan Konstitusiyası və ölkə qanunveriliciyinin tələblərinə zidd olmaqla insan hüquqlarının birbaşa pozulmasıdır".

Baş Prokurorluq vətəndaşlara müraciət edərək bildirir ki, dünyəvi dövlət daxilində dini etiqadlar arasında mövcud əmin-amanlıq şəraitinə xələl gətirən şəxslərin qanunsuz əməllərinin qarşısının alınması qətiyyətlə davam etdiriləcək və qanunvericiliklə nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər