13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Özbəkistanın xarici işlər naziri: "Artıq azərbaycanlı dostlarımızla tez-tez görüşəcəyik"
Tarix: 05-10-2022 15:31 | Bölmə: Cəmiyyət
Özbəkistanın xarici işlər naziri: "Artıq azərbaycanlı dostlarımızla tez-tez görüşəcəyik"

Özbəkistanın xarici işlər naziri Vladimir Norov Bakı-Səmərqənd-Bakı aviareysinin açılmasına münasibət bildirib.

Bu barədə o, özünün "Tvitter" səhifəsində yazıb.

“Dünən “Fly Khiva” və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Bakı-Səmərqənd-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirilib”, - paylaşımda deyilir.

O, reyslərin həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri müntəzəm olaraq həyata keçiriləcəyini əlavə edib.

“Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik”, - Vladimir Norov yazıb/Report.

Xatırladaq ki, oktyabrın 5-nə keçən gecə Bakı-Səmərqənd reysinin ilk təyyarəsi Səmərqənd (Özbəkistan) hava limanına uğurla eniş edib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq