09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Almaniyada azərbaycanlı ailə məhkəməyə verilib
Tarix: 06-10-2022 12:48 | Bölmə: Cəmiyyət
Almaniyada azərbaycanlı ailə məhkəməyə verilib

2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq alan azərbaycanlı ailə deportasiya edilə bilər.

Buna səbəb ailənin 2018-ci ildə Azərbaycana səfəridir.

Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhər yerli idarə məhkəməsində ötən gün sözügedən işlə bağlı hazırlıq iclası keçirilib.

Qeyd olunub ki, Bonn şəhərində yaşayan ailənin üzvləri Azərbaycana səfərləri barədə Əcnəbilərlə iş üzrə Federal İdarənin yerli şöbəsinə məlumat verməyiblər.

Onlar ikinci dəfə üçün Almaniyada yaşamaq icazəsi almaqla bağlı federal idarəyə müracət edən zaman Azərbaycana aid pasportlarını təqdim etməyiblər.

Məhkəmənin hazırlıq iclasında bildirilib ki, ölkəsinə gedib-gələ bilən əcnəbilər qaçqın statusundan məhrum edilirlər.

Qanunun tələbi isə həmin şəxslərin ölkədən deportasiyasıdır/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər