Füzulidə traktor minaya düşüb - Yenilənib
Tarix: 08-10-2022 20:31 | Bölmə: Cəmiyyət
Füzulidə traktor minaya düşüb

İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktor partlamamış silah-sursata dəyərək partlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində traktora maddi ziyan dəyib, lakin hər hansı bir şəxs xəsarət almayıb.

Bundan əvvəl Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}