09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Səhiyyə Nazirliyi ölkədəki dərman qıtlığına aydınlıq gətirib
Tarix: 12-10-2022 10:37 | Bölmə: Cəmiyyət
Səhiyyə Nazirliyi ölkədəki dərman qıtlığına aydınlıq gətirib

Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların satışda tapılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Reyting.az
-ın məlumatına görə, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir”,- sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Dərmanları ölkəyə özəl şirkətlər gətirir".(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər