Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var - Foto
Tarix: 12-10-2022 14:54 | Bölmə: Cəmiyyət
Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

Reyting.az
Report-a istinadla xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}