09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Əhalinin peyvəndlənməsi və qoruyucu maskalardan istifadəsi ilə bağlı əmr verilib
Tarix: 17-10-2022 10:30 | Bölmə: Cəmiyyət
Əhalinin peyvəndlənməsi və qoruyucu maskalardan istifadəsi ilə bağlı əmr verilib

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.

Reyting.az
xəbər verir ki, respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirlərinin 2022-ci ilin oktyabrın 10-dən başlayaraq bir ay ərzində həyata keçirilməsi tapşırılıb.

Eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər