Lənkəranda dini icma rəhbəri intihar edib
Tarix: 20-10-2022 17:45 | Bölmə: Cəmiyyət
Lənkəranda dini icma rəhbəri intihar edib

Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.

Hadisə, məscidin ərazisində baş verib.

Belə ki, H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asaraq intihar edib. O, intihar etməzdən əvvəl məktub yazaraq heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər