Azərbaycandan İrana qanunsuz yolla keçmək istəyən iki qadın saxlanılıb
Tarix: 24-10-2022 13:12 | Bölmə: Cəmiyyət
Azərbaycandan İrana qanunsuz yolla keçmək istəyən iki qadın saxlanılıb

Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları, 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyə Respublikasından deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçmək niyyətində olmaları müəyyən ediliblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər