İlik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb
Tarix: 24-10-2022 15:34 | Bölmə: Cəmiyyət
İlik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb

Azərbaycanda illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb.

Bu barədə Vəkillər Kollegiyasının dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.

Qeyd olunub ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə bu ilin fevralında yaradılan monitorinq qrupu ilk növbədə illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyətini araşdırıb. Bu müddət ərzində dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı illik qazancı 10 min manatdan çox vəsaitin alınmasına xidmət edən 22 185 qərar icra edilib. Onlardan 11 242 qərar Bakı şəhəri, 10 943 qərar isə bölgələrə aiddir"/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər