AMEA-ya prezident seçiblər - Yenilənib
Tarix: 25-10-2022 12:29 | Bölmə: Cəmiyyət
AMEA-ya prezident seçiblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki keçirilib.

Reyting.az
xəbər verir ki, səsverməyə əsasən, prezident vəzifəsinə yeganə namizəd olan İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Məlumata görə, bugünkü yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi də təsdiqlənib.

Yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademikin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib. AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb.

***

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb.

Reyting.az
 xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.

Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər