Azərbaycan internetin azad olmadığı ölkələr siyahısındadır
Tarix: 25-10-2022 17:02 | Bölmə: Cəmiyyət
Azərbaycan internetin azad olmadığı ölkələr siyahısındadır

“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 2022-ci il üzrə internet azadlığı reytinqini aıqlayıb.

Reyting.az
xəbər verir ki, hesabatda Azərbaycan internetin azad olmadığı ölkələr siyahısında göstərilir. Türkiyə, İran, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistan da həmin sırada yer alır.

Reytinqə əsasən, Ukrayna, Qırğızıstan qismən azad ölkələrdir.

Estoniya, Gürcüstan, Ermənistan azad ölkələr sayılır.

İnternetin azad olduğu ölkələr arasında ABŞ, Kanada, Argentina, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Cənubi Afrika Respublikası, Yaponiya, qismən azad olduğu ölkələr arasında Meksika, Braziliya, Hindistan, azad olmadığı ölkələr arasında Səudiyyə Ərəbistanı, Pakistan və Çin də var.(Novator.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər