18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Qubada qəza: polis əməkdaşı xəsarət alıb
Tarix: 25-10-2022 19:13 | Bölmə: Cəmiyyət
Qubada qəza: polis əməkdaşı xəsarət alıb

Quba rayonunda iki avtomobil toqquşub, polis əməkdaşı xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a bildirilib ki, bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M.Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R.Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub. Nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}