Bakıda qəza: suyun verilməsi dayandırılıb, avtobusların hərəkət sxemi dəyişdirilib - Yenilənib
Tarix: 26-10-2022 18:51 | Bölmə: Cəmiyyət
Bakıda qəza: suyun verilməsi dayandırılıb, avtobusların hərəkət sxemi dəyişdirilib

Bakının Yasamal rayonunda su borusunun partlaması nəticəsində ətrafı su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

Reyting.az
-ın məlumatına görə, “Azərsu” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, qəza bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində baş verib. Bu səbəbdən dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub.

Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Onu da diqqətə çatdırırıq ki, su borusunun partlaması ərazidən keçən avtobusların hərəkətində gecikmələrə səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qəza səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

***

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Reyting.az
 xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı sosial şəbəkədəki hesabında paylaşım edib.

O bildirib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış.ərazidə yol yatağının bərpası işləri aparılır: "Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub".






Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər