BSU-da Azərbaycan-yunan dili lüğətinin təqdimatı keçirilib
Tarix: 26-10-2022 13:05 | Bölmə: Cəmiyyət
BSU-da Azərbaycan-yunan dili lüğətinin təqdimatı keçirilib

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan-yunan dili lüğətinin təqdimatı keçirilib.

Reyting.az
xəbər verir ki, tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos iştirak edib.

O, Azərbaycan və Yunanıstan arasında akademik əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini və bugünkü təqdimatın ölkələr arasında təhsil və mədəniyyət əlaqələrinin inkişafına xüsusi töhfə verəcəyini bildirib.

Səfir həmçinin gələn ilin yazında Afina-Bakı birbaşa aviareysinin açılması ilə əlaqədar turizmin inkişafı və turist axınının intensivləşməsi baxımından Azərbaycan-yunan dili lüğətinin praktik əhəmiyyətə malik olduğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər