Rəşad Məcid yazıçının jurnalistə qarşı hərəkətinə haqq qazandırıb
Tarix: 27-10-2022 11:38 | Bölmə: Cəmiyyət
Rəşad Məcid yazıçının jurnalistə qarşı hərəkətinə haqq qazandırıb

"Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var. Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb , müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi".

Reyting.az
xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid "Facebook" hesabında yazıb.

O bildirib ki, bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu: "Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı , peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram".

Xatırladaq ki, AYB-in qurultayından sonra jurnalist yazıçı Çingiz Abdullayevdən qurultaya xərclənən vəsaitlə bağlı sula verib. O isə suala "Bu sualı verməkdən utanıb ölmürsünüz", - deyə aşağılayıcı cavab verib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər