Agentlik: "Media subyektinə işçilərin reyestrə daxil edilməsi məsələsində kvota qoyulmayıb"
Tarix: 27-10-2022 11:41 | Bölmə: Cəmiyyət
Agentlik: "Media subyektinə işçilərin reyestrə daxil edilməsi məsələsində kvota qoyulmayıb"

“Media subyekti və onun redaksiya heyətinin Media Reyestrinə daxil edilməsi zamanı işçi sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur”.

Bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd olunub ki, media subyekti və onun redaksiya heyətinin Media Reyestrinə daxil edilməsi zamanı subyektin və redaksiyanın hər hansı minimum işçi sayına malik olması ilə bağlı tələb yoxdur: “Yəni işçi və əməkdaş sayından asılı olmayaraq, media subyekti Media Reyestrinə daxil edilə bilər. Ancaq Media Reyestri informasiya sistemində işçi haqqında məlumatların daxil edilməsi tələbi olduğundan minimum bir nəfər haqqında məlumatlar ora daxil edilməlidir”/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər