Astarada “Qırmızı Kitab”a düşən ağaclar kəsilib - Baş Prokurorluğa müraciət olunub
Tarix: 27-10-2022 15:19 | Bölmə: Cəmiyyət
Astarada “Qırmızı Kitab”a düşən ağaclar kəsilib - Baş Prokurorluğa müraciət olunub

Astarada “Qırmızı Kitab”a düşən ağaclar kəsilib.

Reyting.az
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər