General barəsindəki hökmdən şikayət verib
Tarix: 03-11-2022 12:26 | Bölmə: Cəmiyyət
General barəsindəki hökmdən şikayət verib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla bağlı hökmdən apellyasiya şikayət verilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, şikayət ərizəsində Nizami Şirinovun ittihamları qəbul etmədiyi, barəsində bəraət qərarı çıxarılmasını xahiş etdiyi qeyd olunub.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Tahirov 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. Həmçinin Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər