Allahşükür Paşazadə Bəhreynə gedir
Tarix: 03-11-2022 16:23 | Bölmə: Cəmiyyət
Allahşükür Paşazadə Bəhreynə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də Bəhreyn Krallığına gedir.

Reyting.az
xəbər verir ki, səfər Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında 3-4 noyabr 2022-ci il tarixlərində Müsəlman Ağsaqqallar Şurasının tərəfdaşlığı və Bəhreyn Krallığının ev sahibliyi ilə keçiriləcək Bəhreyn Beynəlxalq Dialoq Forumuna dəvət əsasında həyata keçirilir.

Ümumbəşər problemlərinin müzakirəsi məramı ilə baş tutan Forumda Roma Katolik kilsəsinin başçısı Papa Fransisk həzrətlərinin iştirakı, dini liderlərlə müzakirələri və çıxışı nəzərdə tutulur. Qlobal forumda iştirak üçün QMİ sədrinə dəvət Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Şeyx Əbdül Rəhman bin Məhəmməd bin Rəşid Əl Xəlifə tərəfindən edilmişdir.

Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əl-Şərifin Şeyxi və Böyük İmamı Əhməd əy-Tayyibin dəvəti ilə 4 noyabr tarixində Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının on altıncı iclasında iştirak və çıxış edəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər