Keçmiş vergilər naziri vəfat edib - (Yenilənib)
Tarix: 04-11-2022 18:11 | Bölmə: Cəmiyyət
Keçmiş vergilər naziri vəfat edib - (Yenilənib)

Azərbayanın kemiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Reyting.az
xəbər verir ki, F. Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.

Mərhumun nəşinin bu gün Bakıya gətiriləcəyi bildirilir.

Qeyd edək ki, F. Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.

***

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F. Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

***

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Bu barədə onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər