Onkoloji xəstəliklərlə bağlı birgə işçi qrupu yaradılıb
Tarix: 10-11-2022 14:00 | Bölmə: Cəmiyyət
Onkoloji xəstəliklərlə bağlı birgə işçi qrupu yaradılıb

Gələcəkdə onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həll olunması ilə bağlı məsələni həll etmək Milli Onkologiya Mərkəzi ilə birgə işçi qrupu yaradılıb.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirilən təkliflərə cavabında deyib.

“Hazırda həm onlardan, həm də bizdən bir nəfər ayrılıb ki, orada hansı xidmətlər hansı qiymətə aparılması analizini aparırlar. Bizə dəqiq hesablamalar lazımdır ki, bilək bu işin öhdəsindən gələ bilərik, ya yox. İlkin olaraq ümumi hesablama ilə təxminən 200 milyon manat ətrafında rəqəmlər görünür. Amma bu rəqəmlər də hələ dəqiq deyil. Biz yalnız rəqəmlər dəqiqləşəndən sonra biləcəyik ki, həmin xəstəliyi xidmətlər zərfinə sala bilərik ya yox. Autizm xəstələrinin diaqnostikası icbari tibbi sığorta çərçivəsində qismən həll olunur. Müalicəsi məsələsinə gəlincə, bu məsələni araşdırıb yazılı şəkildə geridönüş edərik” – sədr qeyd edib.

Regionlarda olan ambulator tibb müəssisələrinin təmiri məsələsinə toxunan Z.Əliyev bildirib ki, ölkədə tənzimləyici orqan Səhiyyə Nazirliyidir:

“Xəstəxanaların tikintisini məhz həmin qurum müəyyənləşdirir. Bizə bu kimi məsələlərlə bağlı müraciətlər olanda Səhiyyə Nazirliyinə müraciət edirik və onlar da investisiya büdcəsi hesabına edirlər. Biz də təbii ki, əsaslı təmir və ya cari təmir işlərində tibb müəssisələrinə dəstək oluruq. Növbəti ilin büdəcsində də bu işlər üçün əlavə 40 milyon manat vəsait nəzərdə tutulub”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər