İsa Həbibbəyli Hüseyn Hüseynovu vəzifəyə təyin edib
Tarix: 10-11-2022 16:08 | Bölmə: Cəmiyyət
İsa Həbibbəyli Hüseyn Hüseynovu vəzifəyə təyin edib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb.

Akademiyadan Reyting.az-a verilən məlumata görə, İ.Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti Aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Onun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}