Sabiq icra başçısının ev dustaqlığına buraxılma xahişinə rədd cavabı verilib
Tarix: 10-11-2022 16:54 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısının ev dustaqlığına buraxılma xahişinə rədd cavabı verilib

Şəmkir Rayon icra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Reyting.az
 xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda sabiq icra başçısının ev dustaqlığına buraxılma xahişinə rədd cavabı verilib.

İclasda anket məlumatları dəqiqləşdirldikdən sonra prosesin noyabrın 24-də davamına qərar verilib.

Xatırladaq ki,  A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham  olunur.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər