NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir
Tarix: 10-11-2022 17:13 | Bölmə: Cəmiyyət
NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.

Reyting.az
xəbər verir ki, təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}