Nazirlər Kabineti AMEA-ya yeni səlahyyət verib
Tarix: 11-11-2022 17:48 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti AMEA-ya yeni səlahyyət verib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası"na dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, yeni qərara əsasən, Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər