18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Elmi dərəcənin qəbahəti - Ariz Abduləliyev yazır
Tarix: 25-07-2018 17:55 | Bölmə: Cəmiyyət

Ariz ABDULƏLİYEV
Medianın elə bil işi-gücü qurtarıb, vallah. Qəzetlər, saytlar indi də Xalq artisti Nazpəri Dostəliyevanın dissertasiya yazmağını müzakirə edirlər. Hansı saytı açırsan, N.Dostəliyevanın elmi iş yazması barədə heyrət, ironiya, təhqir və tənqid yazır.
Bəlkə də müğənni xanımdan son illər İnternetdə bu qədər yazılmamışdı. Elə bil hörmətli mediamıza mövzu qəhətdir və ya sözünün kəsəri qurtarıb, yaxud araşdırma aparılması vacib olan maraqlı bir mövzunu N.Dostəliyeva üzərində dayandırır. Bir məqam da var: media bu məsələdə də "böyüklərə” gücü çatmayan kimi görünür...
Əslində, Nazpəri xanımın dissertasiya yazmasında heç bir qəbahət yoxdur. Ölkəmizdə magistr təhsili olan, elmi-tədqiqata maraq göstərən hər bir vətəndaş elmi iş yaza bilər. Bu baxımdan, illərdir ifaçı və müəllim kimi peşəkar təcrübə toplayan ali təhsilli N. Dostəliyevanın dissertasiya yazmasında təəccüb döğuracaq bir şey yoxdur.
Bəlkə təəccüb doğuran məmurların, deputatların, iş adamlarının, jurnalistlərin elmi ad və dərəcə almağa bu qədər hədsiz, aşırı həvəsidir? Azərbaycanda elə nazirlik, komitə, şirkət, agentlik, icra hakimiyyəti yoxdur ki, girişdə dayananların, bölmə, şöbə, idarə müdirlərinin, sıravi işçilərin, texniki əməkdaşların elmi dərəcəsi olmasın. PA məmurlarının, deputatların, prokurorların, hakimlərin, polislərin, market işlədənlərin, qəzetçilərin, köşəmanların, "televizyonşik”lərin, taksi sürənlərin, pariya işçilərinin də alimlik dərəcəsi var. Doğrudur, məmur və deputatlar arasında bəziləri elmi dərəcə və adları öz elmi zəhməti, biliyi, tədqiqatı və bacarığı ilə əldə edib. Amma belələri çox deyil. Ümumiyyətlə, dövlət məmurunun, deputatın, polisin, prokurorun, iş adamının və s. elmi yaradıcılığa marağı müsbət hadisədir. Elə isə cəmiyyətin bu kimi səlahiyyətli, vəzifəli və varlı kəsimlərinin elmi dərəcə almağa bu qədər can atmasında elmin inkişafı üçün nə qədər fayda var? Elmi dərəcə daşıyanların ucdantutma hamısına "alim” demək olarmı?
Media niyə soruşmur ki, ay məmur, dissertasiya müdafiə etmək üçün mənbələri, yeni ədəbiyyatları oxumalısan, gecə-gündüz kitabxanalarda işləməlisən, məqalələr yazmalısan, konfranslarda məruzə etməlisən və sənin bütün bunlara vaxtın haradandır? Axı sən həftənin beş günü səhər saat 9.00-dan, axşam saat 17.00-18.00-a qədər işdə olursan, qalan iki gününü də ailə-məişət işlərinə, dincəlməyinə, yeyib-işməyinə, xeyir-şər olaylarına sərf eləyirsən. Həftənin yeddi günü "başını qaşımağa” vaxtın yoxdursa, bu vəziyyətində dissertasiyanı necə yazırsan? Sən olsa-olsa qəzeti, elektron medianı və "şef”lərinin əmrlərini, qərarlarını oxuyursan ki, bu mütaliən də dissertasiya yazmaq üçün qəti yaramır. Bu minval ilə jurnalistlərin də elmi iş yazması yaman dəb halını alıb. Maraqlıdır, həftənin yeddi günü məqalə, informasiya yazan, qəzet buraxan, sayt işlədən jurnalistin elmi-tədqiqata bu qədər vaxtı haradandır? Axı dissertasiya yazmaq, sayt üçün informasiya, məqalə, köşə yazmaq qədər asan bir iş deyil...
Respublikamızda onlarla müğənni, pianoçu, skripkaçı, bəstəkar, dirijor, vokalçı, xanəndə, aşıq, musiqi müəllimi var ki, dissetyasiya yazıb elmi dərəcə alıblar.
Məsələn, tanınmış müğənnilər Simarə İmanova (əməkdar art.), Gülüstan Əliyeva (əməkdar art.), Aşıq Əhliman (əməkdar məd. işçisi) və b. sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi daşıyırlar. Pianoçu Vaqif Gərayzadə fəlsəfə (estetika), aktyor Qorxmaz Əlili sənətşünaslıq üzrə fəlsəfə doktorudur. İnşallah tanınmış müğənnilər – Aygün Bayramova,Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Fərqanə Qasımova, Ruzə İbişova, Sevinc Sarıyeva da yəqin yaxın gələcəkdə elmi dərəcə daşıya bilərlər. Hələ mən aktyorları, rejissorları, rəssamları, memarları, bəstəkarları, xor dirijorları, pianoçuları, tarzənləri, kamanzənləri, fleytaçıları, vokalçıları, evtikənləri, firma işlədənləri demirəm. Deməli, bu ölkədə aşağıdan yuxarıya qədər istənilən məmurun, hüquq-mühafizə işçisinin, kiçik sahibkarın, istənilən deputatın, idmançının, İH işçisinin, qəzet, televiziya və sayt əməkdaşlarının, pianoçunun, skripkaçının, vokalçının, rəssamın, rejissorun, teleaparıcının, şadlıq sarayı müdirinin, rəssamın dissertasiya yazması media, ictimai rəy tərəfindən qəbul olunur, amma Xalq artisti, müğənni N.Dostəliyevanın elmi iş yazması bu qədər təəccüb və etiraz doğurur?
Əlbəttə, elmi işə qadağa qoymaq olmaz. Amma bir çox incəsənət adamlarına, məmurlara, jurnalistlərlə, deputatlara, pullulara, iş adamlarına adı qarşısında reqaliyaların yazılması, yaxud yuxarı vəzifə alması naminə doktorluq dərəcəsi əldə etmək mütləq lazımdırmı? Bunun elmin inkişafına, yeni nəzəriyyələrin və nəticələrin yaranmasına bir xeyri varmı? Axtarsan, əksəriyyəti dərəcə alandan sonra bir məqalə də yazmayıb. Belə vəziyyətdə Xalq artisti N. Dostəliyevanın elmi iş yazması niyə təəccüb və etiraz doğurmalıdır?
Bu məsələdə bəzi vacib nüanslar da yox deyil. Məsələn, inkişaf etmiş ölkələrdə yaxşı mütəxəssisin elmi dərəcə alması, eləcə də praktik fəaliyyətin, biznesin, istehsalın, təhsilin və incəsənətin elm ilə əlaqələndirməsi tələb olunur. Dünyanın bu durumunda Xalq artisti, təcrübəli müğənni-xanəndə N.Dostəliyeva da elmi iş yaza, elmi dərəcə ala bilər. Bu təcrübəli ifaçı elmi dərəcə alıb, məsələn Türkiyədə, İranda, Ərəb ölkələrində universitetlərin birində muğam ifaçılığını tədris edə bilməzmi? Əlbəttə, tamamilə mümkündür və buna mənəvi haqqı da çatır. O, özünü reklam edən çox xanəndə və müğənnidən təmiz oxuyur və sənətinə bağlı olan məsuliyyətli bir sənətçidir.
***
Gəlin xarici klubların futboluna baxanda, təkcə peşəkar futbolu yox, peşəkar futbolçuya münasibəti də öyrənək. Axı dünya gör-götür dünyasıdı.
Baxın, 40 dəqiqə meydançada qaçan futbolçu əvəz olunanda, onun oyundakı iştirakını ölkəsinin azarkeşləri ayaq üstdə alqışlayırlar və idmançının zəhmətinə bu cür hörmətlə qiymət verib, yola salırlar. Bəli, dünyada belə cəmiyyətlər var. Amma biz 40 il sənətdə yol gələn, peşəkar muğam sənətçisi və müğənni kimi xalqa xidmət edən bir xanımın dissertasiya yazmaq, elmi dərəcə almaq hüququna qarşı çıxırıq. Deməli, PA-da, MM-də, İH-lərin birində gözətçi işləməyin yetər ki, bu media, bu cəmiyyət sənin elmi dərəcə almağına qarşı çıxmasın? Ölkəmizdə təhsilli müğənninin, xanəndənin, aşığın dissertasiya yazması və elmi dərəcə alması niyə bəzilərini bu qədər qıcıqlandırır? Bu absurd düşüncəli beyinlər, istedadsızlar nə vaxta qədər cəmiyyətdə meydan sulayacaq?
Medianın elə bil işi-gücü qurtarıb, vallah...
P.S. Rusiyada sifariş ilə dissertasiyalar, monoqrafiyalar, məqalələr yazan xüsusi qurumlar, şəxslər fəaliyyət göstərir. Onlar qeydiyyatdan keçib, dövlətə vergi verirlər. Ölkəmizdə də onların xidmətdən yararlananlar olmamış deyil. Bəs belə bir açıq xidmətin bizdə necə, zamanı çatıb, yoxsa yox? Bu sahədə mövcud gizli fəaliyyət mənəvi və hüquqi baxımdan nə qədər yolveriləndir?
P.P.S. Nazpəri Dostəliyevanın dissertasiyası ad sarıdan olduqca səhvdir. Çünki Azərbaycanın Şərqində - Abşeronda, Bakıda, Maştağada, Fatmayıda, Səngəçalda, Ələtdə, Əlibayramlıda, Hacıqabdulda, Neftçalada tarixən ənənəvi aşıq sənəti olmayıb. Buna görə də, dissertasiya Qərb və Şərq deyil, Qərb və Şirvan aşıqlığının müqayisəsinə həsr olunmalıydı. Bir də axı müqayisəli təhlil çox çətin məsələdir. Yəqin ki, N. Dostəliyeva bu bölgələrdəki xüsusiyyətlərin müqayisəli təhlilini aparmaq üçün ötən illər ərzində kifayət qədər nəzəri bilik toplaya bilib...
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək
27-01-2026, 13:04
Sabiq rəisin məhkəməsi başlayıb

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər