65 şübhəli şəxs istintaqa təhvil verilib
Tarix: 07-01-2023 10:08 | Bölmə: Cəmiyyət
65 şübhəli şəxs istintaqa təhvil verilib

Daxili işlər orqanlarının əməkdaşları yanvarın 6-da ölkə ərazisində qeydə alınmış 75, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin üstünün açılmasını təmin ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}