“SOCAR Türkiyə”nin keçmiş rəhbəri böyük biznesini digər ölkələrə köçürür
Tarix: 07-01-2023 19:37 | Bölmə: Cəmiyyət
“SOCAR Türkiyə”nin keçmiş rəhbəri böyük biznesini digər ölkələrə köçürür

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki keçmiş təmsilçisi, şirkətin sərmayələr idarəsinin sabiq rəisi və “SOCAR Türkiyə” şirkətinin idarə heyətinin sədri olmuş Vaqif Əliyev ailə biznesini Azərbaycan və Türkiyədən çıxarır.

Reyting.az
-ın məlumatına görə, Vaqif Əliyev biznesini həm Türkiyədə, həm də Azərbaycanda təhlükəsizlikdə saymadığı üçün belə bir qərar verib. Bu səbəbdən də Vaqif Əliyev keçən ilin ikinci yarısından başlayaraq Türkiyədəki çoxsaylı biznes qurumlarının fəaliyyətini dayandırıb, vəsaitləri xaricə çıxarır.

İddia olunur ki, V. Əliyevin Türkiyədəki çoxşaxəli biznesi qohumlarının adına rəsmiləşdirilib. Son 6 ayda isə bu şirkətlər tədricən bağlanır və yüz milyonlarla vəsait Türkiyədən çıxarılır.

V. Əliyevin Hindistan və Qırğızıstanda yeni biznes strukturları qurduğu bildirilir.

Xatırladaq ki, Hindistan hazırda dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olaraq biznes aləmini özünə cəlb edir. Bundan əlavə, V. Əliyevin Hindistanda daha əvvəl də biznes qurumları və ortaqlarının olması onun bu ölkədə fəaliyyətini asanlaşdırır.

Qırğızıstana gəlincə, iddia olunur ki, bu ölkə V. Əliyev üçün FETÖ qruplaşmasına görə maraq kəsb edir. Hazırda MDB məkanında Fətullah Gülən tərəfdarlarının az-çox aktiv olduğu ölkələrdən biri və bəlkə də birincisi Qırğızıstandır. FETÖ-çuların Qırğızıstandakı biznes şəbəkələri də genişdir.

Ehtimala görə, V. Əliyevə Qırğızıstana sərmayələr qoymaq barədə göstəriş məhz FETÖ terror təşkilatının rəhbərliyi tərəfindən verilib.

Buna baxmayaraq, V. Əliyevin əsas maraq dairəsinin Hindistan olduğu bildirilir. SOCAR-ın sabiq Türkiyə təmsilçisinin ofşor şirkətləri vasitəsi ilə bu ölkəyə böyük sərmayələr qoyulur.

Qeyd olunur ki, V. Əliyevi tanıyan digər mənbələr də bu məlumatları qismən təsdiqləyiblər.

Onu da xatırladaq ki, V. Əliyev uzun müddət SOCAR-ın xaricdəki sərmayələrinin maliyyələşdirilməsində iştirak edib. Bu illər ərzində V. Əliyevin SOCAR-ın milyardlarla vəsaitini mənimsəməsi ilə bağlı yerli və Türkiyə mətbuatında çoxsaylı iddialar səsləndirilib. Onun “SOCAR Türkiyə” şirkətinə rəhbərlik etdiyi müddətdə FETÖ-ya yardım etməsi ilə bağlı Türkiyə mətbuatında iddilar yer alıb. Məhz bu iddilara görə, V. Əliyev “öz ərizəsi” ilə SOCAR-da tutduğu bütün mühüm vəzifələrdən azad edilib. Buna baxmayaraq, V. Əliyevin qohumları və çoxsaylı FETÖ-çu kadrları hələ də şirkətdə çalışırlar. (Mənbə: pia.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}