Keçmiş polis əməkdaşı qətlə yetirilib
Tarix: 08-01-2023 09:36 | Bölmə: Cəmiyyət
Keçmiş polis əməkdaşı qətlə yetirilib

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Ramin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Həmyerli olan R. Məmmədovla A. Sadıqov arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

A. Sadıqov əvvəllər Yevlax RPŞ-də polis serjantı kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}