“Sədərək” ticarət mərkəzindəki yanğın söndürülüb - (Yenilənib) - Fotolar+Video
Tarix: 08-01-2023 22:49 | Bölmə: Cəmiyyət
“Sədərək” ticarət mərkəzindəki yanğın söndürülüb - (Yenilənib)

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

"Sədərək" ticarət mərkəzində baş verən yanğına görə polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

E. Hacıyev deyib ki, təhlükəsizlik tədbirləri görülür: “Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb".

***

“Sədərək” ticarət mərkəzindəki yanğının söndürülməsinə Yanğından Mühafizə Xidmətinin 20-ə yaxın texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

Son məlumata görə, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

“Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.

Reyting.az
xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

***

“Sədərək” ticarət mərkəzindəki yanğın söndürülüb.

Reyting.az
-ın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, hazırda soyutma işləri aparılır.

***

"Sədərək" ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

***
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb. 

Reyting.az
FHN-ə istinadla xəbər verir ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib. 

Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yalan məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

***

“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

Reyting.az
xəbər verir ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir.













Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}