Zəncirvari qəza: Bakı-Sumqayıt yolunda hərəkət iflic olub - Foto
Tarix: 09-01-2023 09:45 | Bölmə: Cəmiyyət
Zəncirvari qəza: Bakı-Sumqayıt yolunda hərəkət iflic olub

Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb.

Reyting.az
-ın məlumatına görə, axşamdan yağan qar yolda hərəkəti iflic vəziyyətə salıb.

Yolun hərəkət hissəsi qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb.

Yolun Abşeron rayonu ərazisindən keçən kilometrlərlə ərazi tam buz bağlayıb. Yolun təmizlənməsi üçün əraziyə heç bir texnika cəlb edilməyib. Nəticədə yolda 10-a yaxın zəncirvari qəza baş verib.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.(Trend)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}