Baytarlıq apteklərində nöqsanlar aşkarlanıb - Fotolar
Tarix: 09-01-2023 10:48 | Bölmə: Cəmiyyət
Baytarlıq apteklərində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.

Məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitmiş, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.

Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.




Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}