Qarabağ zonasında daha 195 hektar minalardan təmizlənib
Tarix: 09-01-2023 15:27 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında daha 195 hektar minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yanvarın 5-dən 7-dək daha 9 mina aşkarlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, həmin müddət ərzində Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə idə 7 mina və 203 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 195 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}