Bakıda qəbiristanlıqdan oğurluq edənlər tutulub
Tarix: 11-01-2023 10:47 | Bölmə: Cəmiyyət
Bakıda qəbiristanlıqdan oğurluq edənlər tutulub

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq