14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
Tarix: 11-01-2023 12:25 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Yanvar ayının 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.

İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}