14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bakıda qadının qətlə yetirilməsinin qarşısı alınıb - Video
Tarix: 11-01-2023 15:22 | Bölmə: Cəmiyyət
Bakıda qadının qətlə yetirilməsinin qarşısı alınıb

Bakıda qadının qətlə yetirilməsinin qarşısı alınıb.

Reyting.az 
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə bolis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}