Müdafiə Nazirliyinin zabiti barədə cinayət işi məhkəməyə göndərilib
Tarix: 13-01-2023 13:17 | Bölmə: Cəmiyyət
Müdafiə Nazirliyinin zabiti barədə cinayət işi məhkəməyə göndərilib

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
xəbər verir ki, onun barəsində olan iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Zahid Niftəliyevin Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb.

Bu cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

“Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi/Teleqraf.com.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}