"Azərbaycan Dəmir Yolları"nın sədri özünə müşavir təyin edib
Tarix: 13-01-2023 19:24 | Bölmə: Cəmiyyət
"Azərbaycan Dəmir Yolları"nın sədri özünə müşavir təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov özünə müşavir təyin edib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, bu, Aysel Soltanovadır.

O, Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb, 2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib, 2021-ci ildən isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-də baş direktorun I müavini olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}